18 
Apr
2024
13:06
15
31
620
Virtual karabakh

Neysselin Omayra: “BTQ ilə görüş çox məhsuldar oldu” - VİDEO

18 Apr, 2024
13:06
620

Neysselin Omayra: “BTQ ilə görüş çox məhsuldar oldu” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Yeni Kaledoniya arasında əməkdaşlıq Bakı Təşəbbüs Qrupunun (BTQ) səyləri sayəsində həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayra deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ilə BTQ-nin nümayəndələri arasında keçirilən görüşdə əməkdaşlığın mühüm aspektləri müzakirə olunub:

“Gələcək üçün perspektivləri müzakirə etdik. Hesab edirəm ki, bu, çox məhsuldar görüş oldu, yeni layihələr təqdim olundu. Biz təkcə siyasi, sosial, iqtisadi və ekoloji məsələlərə deyil, həm də gənclərlə qarşılıqlı əlaqəyə dair geniş müzakirələrə, gənc nəslə dəstək məqsədilə təlimlərin və tədbirlərin keçirilməsinə diqqət yetiririk”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri