Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Narkomaniya və alkoqolizm asılılığından xilas olmaq üçün mərkəz yaradıldı - FOTO/VİDEO
Azərbaycanda alkoqolizm, narkomaniya və qumar asılılığından xilas olmaq üçün reabilitasiya mərkəzi yaradılıb.
Mərkəzin rəhbəri Ruslan Həsənzadə bildirib ki, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin yaradılmasında məqsəd alkoqolizm, narkomaniya və qumar aludəçiliyi olan insanların bu problemlərdən xilas edilməsidir:
“Mərkəzimizdə müalicə alan şəxslər 12 addım proqramı çərçivəsində müalicə edilirlər. Effektli nəticə almaq üçün altı aylıq kurs tam bitirilməlidir. Bizə müraciət edən şəxslərin müalicəsi üçün bütün dəstək və köməklik təmin edilir. Biz işimizdə yüksək keyfiyyətli, müasir və zəruri psixoloji yardım alacağınıza zəmanət veririk”.
Mərkəz tək asılılıqdan azad etmir, burada anonimlik qorunur və sosial həyata tam qaytarılmaq üçün tədbirlər görülür.
Bura pasiyentin sağlam həyata qayıtması və asılılıqdan azad olması məqsədilə gələcək yönümlü səmərəli tədbirlərin icrası ilə məşğul olan ixtisaslaşdırılmış reabilitasiya mərkəzdir.
Rəhbər qeyd edib ki, çoxillik təcrübəyə malik psixoloqlar pasiyentlərə psixoloji yardım göstərməklə bütün müalicə və reabilitasiya müddətində ona dəstək olurlar:
“Müalicə prosesində reabilitasiya mərkəzinin mütəxəssisləri pasiyentlərə nəzarət edəcəklər. Müqavilənin müvafiq bəndində göstərilən xəstələr haqqında məlumatlar açıqlanmır. Zərurət yaranarsa “SPR Reabilitasiya Mərkəzi” Bakının ən yaxşı klinikalarında sizin üçün diaqnostika və müalicə təşkil edəcək”.
“SPR Reabilitasiya Mərkəzi”nin heyəti həm narkomaniya, həm alkoqolizmdən çəkinmə hallarının aradan qaldırılması, həm də müşayiət olunan psixoloji pozğunluqların və ağırlaşmaların düzəldilməsi üçün ən mütərəqqi metodlardan istifadə edirlər.
Narkotik və ya alkoqol asılılığının öhdəsindən gəlmək üçün sizə və ya sevdiyinizə ixtisaslı kömək lazımdırmı? “SPR Sosial Psixoloji Reabilitasiya Mərkəzi” xidmətinizdədir!
R.Həsənzadə əlavə edib ki, narkotik, alkoqol aludəçisinin reabilitasiyası, yalnız asılılığın sağlamlığını və şəxsiyyətini bərpa etməyə deyil, həm də onu tam bir həyata qaytarmağa yönələn kompleks bir tədbirdir:
“Ağrı əlamətləri çəkilsə, müalicə üçün razılıq alınmış və dərman müalicəsi mərhələsi tamamlanmışsa belə, bu kifayət deyil. Burada əsas psixoloji və sosial reabilitasiyaya ehtiyac var. Yalnız bundan sonra xəstə tam bir həyata qayıda bilər”.
Azərbaycanda yaşamasanız da, xidmətlərdən istifadə edə bilərsiniz!
Psixoterapevtlər - “SPR Reabilitasiya Mərkəzi”nin heyəti Bakıda ekzistensial reabilitasiyanın ən yeni üsulları ilə işləyir, dünyaca məşhur 12 STEPS proqramına uyğun işləyən heyətdir.
Əlaqə nömrəsi: 077 223 43 93
https://www.instagram.com/spr_baku/
https://www.facebook.com/sprbaku/
Rəylər