29 
Apr
2022
14:40
15
56
1642
Virtual karabakh

Ləzzətli olduğu kimi faydalı? Ekspert müxtəlif ölkələrin 5 ənənəvi səhər yeməyini şərh edir - FOTO

29 Apr, 2022
14:40
1642

Ləzzətli olduğu kimi faydalı? Ekspert müxtəlif ölkələrin 5 ənənəvi səhər yeməyini şərh edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkələrin sayı qədər qastronomiya seçimi var. “Herbalife Nutrition” şirkətinin qidalanma üzrə eksperti Emil Hidayət dünyanın müxtəlif yerlərindən olan 5 ənənəvi səhər yeməyinin tərkibini incələyib. Onların ləzzətli olduğuna şübhə etmirik, bəs görəsən faydalıdırlarmı?

İsrail

Şakşuka – İsrailin ən məşhur səhər yeməyidir, Şimali Afrika kökənlidir, amma hazırda bütün Yaxın Şərqə yayılıb. Şakşukanın pomidordan hazırlanması vacib deyil, o, yaşıl (ispanaq) və narıncı (batat və ya balqabaq) da ola bilər. Yeməyi yalnız tərəvəzlərdən hazırlanmış əsas sous müşayiət edə bilər, yanına başqa əlavələr də mümkündür – pendir, balıq, dəniz məhsulları, humus və ya qızardılmış ət.

Emil Hidayətlinin şərh edir: “Yeməyin əsasını zülal (yumurta) və lif (tərəvəz) təşkil edir ki, bu da balanslaşdırılmış səhər yeməyi üçün mükəmməl vəhdətdir. Şakşukanı külçə ilə yeyirsinizsə, bu zaman pəhrizə karbohidratlar da əlavə olunacaq. Yeri gəlmişkən, türk menemeninin analoqu olan pomidor və çörəkli qayğanaq Azərbaycanda da məşhurdur. Əgər bu, ailənizin sevimli səhər yeməyidirsə, balanslaşdırılmış pəhriz üçün doğru yoldasınız!”

Yaponiya

Ənənəvi yapon səhər yeməyi estetik gözəl olduğu qədər həm də dadlıdır. Onun tərkibinə kiçik porsiyalarda olmaqla individual qablarda servis olunan müxtəlif yeməklər daxildir. Yapon səhər yeməyində adətən qrildə qızarmış balıq, ağ düyü və miso şorbası yeyilir. Qarnirlər arasında— “tsukemono” (marinə edilmiş tərəvəzlər), üzərinə küncüt, dəniz yosunu və qurudulmuş krevetkadan hazırlanan yapon ədvası “furikake” səpilmiş yaşıl salat və yumurtanı görmək olar.

Emil Hidayətlinin şərhi: “Dünyanın o biri ucundan, Şərqi Asiyadan balanslaşdırılmış səhər yeməyinin başqa bir nümunəsi. Nəzərə alın ki, yaponlar səhər yeməyində şorba yeyirlər, lakin nədənsə biz şorbanın nahar yeməyi olduğuna inanırıq. Amma bu heç də belə deyil! İstənilən yeməkdə əsas şey makro və mikroqidalandırıcıların müxtəlifliyi və balansıdır. Yapon səhər yeməyi bu baxımdan tam tərkibi ehtiva edir: karbohidratlar (düyü), zülallar (balıq, tofu, dəniz məhsulları), lif (tərəvəz və dəniz yosunu) və Omeqa 3 polidoymamış yağ turşuları (küncüt toxumu).

Yamayka

Ənənəvi Yamayka səhər yeməyi qayğanağı xatırladır. Onun əsasını neytral ləzzətə malik milli meyvə “ackee” (aki) təşkil edir. Bişirdikdən sonra onu duzlu treska balığı, çili bibəri, şalot soğanı və pomidorla qızartmaq vacibdir. Yamayka mətbəxində adəti üzrə kimi qarnir də ana yemək kimi önəmlidir. Aki meyvəsinin yanında səhər yeməyində qızardılmış çörək ağacı (marakuya), qaynadılmış yaşıl banan, bammi (mannioka bitkisindən hazırlanmış blinçik) və ya “callaloo” – ispanağa bənzəyən yarpaqlı yaşıl tərəvəz də servis edilə bilər.

Emil Hidayətlinin şərhi: “Yenə də tərkibində zülallar (treska balığı, yumurta), lif (tərəvəz) və karbohidratlar (blinçik) olan mükəmməl balanslaşdırılmış qida qəbulu. Diqqətinizə çatdırmaq istərdim ki, səhər yeməyini kərə yağında, xüsusən də əridilmiş yağda bişirməkdən qorxmaq lazım deyil. Bunlar bədənimizin sadəcə ehtiyac duyduğu yüksək keyfiyyətli yağlardır. Və daha bir vacib məqam. Hər səhər yeməyini çörəklə müşayiət etmək lazım deyil, çünki karbohidratlar tərəvəzlərin də tərkibində var!

Qana

Qananın ən məşhur yeməyi vaakye qaynadılmış düyü və lobya dənələrindən ibarətdir. Banan yarpağına bükülmüş bu ləziz yemək ölkənin hər yerində küçə ticarətçiləri tərəfindən satılır. Düyü və lobya dənələri qurudulmuş sorqo (dənli bitki) gövdəsi və yarpaqları ilə birgə qaynadılır ki, bununla yemək özünəməxsus qırmızı rəng və xüsusi dad əldə edir. Vaakye ya ayrıca, ya da mal əti, qaynadılmış yumurta, tərəvəz və hətta qızardılmış qoyun əti ilə birgə yeyilir.

Emil Hidayətlinin şərhi: “Düyü (karbohidratlar) və lobya dənələri (dəmir) birləşməsi makro və mikroqidalandırıcıların çox sağlam və doyurucu birləşməsidir, eyni zamanda vegetarianlar üçün də uyğundur. Digərləri vaakyeni ətin yanına qarnir kimi istifadə edərək bitki zülallarını heyvan zülalları ilə müşayiət edə bilərlər ki, bununla qida daha faydalı olur. Və yenə yerli sorqo bitkisinin tərkibində pəhrizə daxil olan lif. Fikir verin, hər bir ölkənin öz bitki və ya tərəvəzləri var amma mahiyyət eynidir – gün boyunca enerji və xoş əhvalın artmasına səbəb olan balanslaşdırılmış səhər yeməyi”.

Мərakeş

Mərakeşlilər üçün ən məşhur səhər yeməyi irmik yarmasından hazırlanan ləzzətli ərəb blinçiki baghrir və duzlu xəmirdən hazırlanan daxili hava qabarcıqlı “m’semen” külçəsidir. Blinçik və külçə marmelad və çatni sousu çeşidləri, zeytun və əridilmiş yağ, həmçinin qaynadılmış yumurta ilə birgə servis edilir. Ənənəvi səhər yeməyini bir stəkan nanə çayı da müşayiət edir. 

Emil Hidayətlinin şərhi: “Blinçik və külçələr orqanizmi kifayət qədər qlikemik yüklə təmin edir və bədəni karbohidratlarla doyurur. Onlar zeytun və əridilmiş yağ, yəni sağlam yağlarla müşayiət olunur. Meyvə, tərəvəz və ədviyyatların orijinal qarışımı olan çatni isə pəhrizə lif əlavə edir və blinçikin neytral dadını üzə çıxarır. Ancaq bu səhər yeməyi qaynadılmış yumurtasız yeyilsə, protein çatışmazlığı meydana çıxacaq”.

Mədəni ənənələrin sayı qədər də səhər yeməyi seçimləri var. Bununla belə, gördüyümüz kimi, dünyanın hər yerindən olan ənənəvi səhər yeməyi bir şeyə - qida maddələrinin balansına can atır. Həftəsonu özünüz və ailənizə ekzotik menyu bəxş edə bilərsiniz, lakin iş günləri kulinariya ləzzətləri üçün həmişə vaxt olmur. Səhər zamanlamanız maksimum dərəcədə dinamikdirsə, “Herbalife Nutrition”dan balanslaşdırılmış səhər yeməyi köməyinizə çatacaq. O, aloe bitki içkisindən, Formula-1 protein kokteylindən və çay və ya qəhvə üçün əla əvəzedici olan gümrahlaşdırıcı bitki mənşəli içkidən ibarətdir. “Herbalife Nutrition”dan dadlı və sağlam səhər yeməyi cəmi 217 kkal (1,5% yağlı süd daxil olmaqla) enerji dəyərinə malikdir və onun hazırlanmasına üç dəqiqə sərf olunur. Balanslaşdırılmış qidalar bədəninizi ehtiyac duyduğu faydalı qidalarla təmin edəcək və eyni zamanda əlavə çəkiyə çevrilmək üçün fürsət gözləyən “boş” kalorilərdən qaçmaqda sizə kömək edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri