"Alians Development" Bakının Bayıl-Bibiheybət sahilində yeni premium yaşayış layihəsi "Bayıl Bulvarı"nın inşasına başlayıb. İlkin satışlara 2026-cı il sentyabrın 1-dən start verilib.
Birbaşa Xəzərin sahilində inşa edilən layihə şəhər həyatını dənizkənarı istirahətlə birləşdirir. "Hər fəsil. Bir möhtəşəm ünvan" - sloqanı burada dənizkənarı həyatın hər mövsüm davam etdiyini ifadə edir.
24 hektarlıq ərazidə 43 tikili və 45 blok, o cümlədən 35 yaşayış binası nəzərdə tutulub. Təxminən 1 584 rezidensiya, 1 590 avtomobillik parkinq, hotel, məktəb, uşaq bağçası, restoran, ticarət və idman məkanları yer alacaq. Xəzər boyunca birkilometrlik bulvar, özəl çimərlik və hər yaşayış məhəlləsində hovuz yaradılacaq.
Memarlıq konsepsiyası Londonun "Squire & Partners", Baş planı isə "Benoy" tərəfindən hazırlanıb. Axıcı fasadlar, panoramik şüşələnmə, geniş terraslar və yaşıllaşdırılmış həyətlər layihəyə özünəməxsus görünüş verir.
Əsasən 7 və 9 mərtəbəli binalarda tavan hündürlüyü 3.6 metr olacaq. Mövqe və mərtəbədən asılı olaraq rezidensiyaların bir hissəsindən Xəzərə panoramlı mənzərə açılacaq.
Şəhər mərkəzinə təxminən 8 dəqiqəyə çatmaq mümkündür. İlk mərhələnin təhvili 2029-cu il dekabrın 31-ə planlaşdırılır.
20%-dən başlayan ilkin ödəniş və 60 aya qədər daxili kredit imkanı layihəyə sahib olmağı daha əlçatan edir. Bünövrə çalası mərhələsində alış qiymət artımı potensialından faydalanmaq istəyənlər üçün investisiya fürsətidir.
Ətraflı məlumat: *2727 | (+994 55) 400-27-27.
"WhatsApp": https://wa.me/994554002727
Sayt: https://alians.az/az
"Instagram": https://www.instagram.com/bayil.bulvari.by.alians/
Ünvan: Səbail rayonu, Bibiheybət qəsəbəsi, Liman küçəsi, Giriş 246

