Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan sakinlər şikayətçidirlər.
Baku TV-nin məlumatına görə, onlar bildirirlər ki, mart ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xanlar küçəsi, 26 ünvanında kanalizasiya çəkilməsi məqsədilə qazıntı işləri aparılıb, lakin bərpa olunmayıb.
Səbaildə mart ayında qazılan küçə hələ də bərpa olunmur - Sakinlərdən ŞİKAYƏT - VİDEO
Sakinlərin sözlərinə görə, onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.
Qaynar xətt:
(055) 224 12 12