11 
Avq
2022
14:45
26
134
1669
Virtual karabakh

“Herbalife Nutrition” Azərbaycana balanslaşdırılmış qidalanma vərdişləri gətirir - MÜSAHİBƏ + FOTO

11 Avq, 2022
14:45
1669

“Herbalife Nutrition” Azərbaycana balanslaşdırılmış qidalanma vərdişləri gətirir - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Herbalife Nutrition” aktiv və sağlam həyat tərzi üçün qidalanma sahəsində lider mövqedə dayanan tanınmış qlobal şirkətdir. Şirkətdə 300 alim də daxil olmaqla, dünya üzrə 10 000-dən çox insan çalışır və məhsulları 95 ölkədə satılır.

“Herbalife Nutrition” məhsulları Azərbaycan bazarına 2013-cü ildə daxil olub. “Herbalife Nutrition” şirkətinin Qafqazda Biznesə Dəstək üzrə Baş Meneceri İrakli Çaçanidze ilə ölkədə biznesin necə inkişaf etdiyi, şirkətin Müstəqil Tərəfdaş və müştərilərinə aid mənzərənin necə dəyişdiyi barədə söhbət etdik.

İrakli, “Herbalife Nutrition”un Azərbaycan bazarındakı ilk addımları barədə danışa bilərsinizmi? Hər şey necə başladı və bu illər ərzində şirkət hansı yollardan keçdi? 

Artıq 9 ildir ki, biz Azərbaycanda müştərilərimizə balanslaşdırılmış qidalanma və sağlamlıq üçün keyfiyyətli məhsullar təklif edir, həmçinin müxtəlif ekoloji təşəbbüslər və dayanıqlı inkişaf layihələri həyata keçiririk.

Biz öz işimizə protein kokteyllərinin əsas xəttinin təqdimatı ilə başlamışıq və bu gün Azərbaycanda bizim müxtəlif kateqoriyalı 25-dən çox məhsulumuzu almaq olar. “Herbalife Nutrition” məhsul xəttinə protein kokteylləri və batonlar, qida əlavələri, çaylar, aloe əsaslı içkilər, dəri və bədənə qulluq məhsulları daxildir. Flaqman məhsulumuz olan “Formula-1 Protein Kokteyli”ni Azərbaycanda üç çeşiddə - şokolad, vanil və fındıq dadı çeşidində əldə etmək olar.

“Herbalife Nutrition”un Azərbaycan üzrə distribütoru kimdir?

Bütün “Herbalife Nutrition” məhsullarını yalnız Müstəqil Tərəfdaşlar vasitəsilə əldə etmək olar. Onlarla Bakıdakı “Herbalife Nutrition” Satış Mərkəzi vasitəsilə, şirkətin rəsmi saytında və ya “Facebook”, “Youtube” və ya “Instagram” kimi sosial şəbəkə səhifələrində onlayn ərizə doldurmaqla əlaqə saxlamaq olar.

Müstəqil Tərəfdaşlarımız müxtəlif peşə və yaşda olan insanlardır*, çünki biz hər kəslə işləməyə açığıq. Şirkət və onun Müstəqil Tərəfdaşları arasında güclü, qarşılıqlı faydalı əlaqələr biznesin əsasını təşkil edir və bu amil Azərbaycanda da çox vacib əhəmiyyət daşıyır.

“Herbalife Nutrition”un əsas fərqi ondan ibarətdir ki, Müstəqil Tərəfdaşların müştəriləri məhsuldan əlavə, onlardan fərdi səriştəyə əsaslanan dəstək, sağlam və aktiv həyat tərzi üçün ilham da alırlar. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda ildən-ilə daha çox gənc bizim biznesimizə qoşulur.

Sizcə, şirkətin Azərbaycanda və dünyadakı uğurunun əsas sirri nədir?

Mən bunu sirr adlandıra bilmərəm, lakin məhsullarımızın yüksək keyfiyyətini və geniş çeşidini qeyd etməmək mümkün deyil. “Herbalife Nutrition” məhsullarının kökündə 300-dən çox qidalanma ekspertinin elmi fəaliyyəti dayanır. Biz, xammal üçün yüksək keyfiyyət tələblərimizi müsbət qarşılayan etibarlı təchizatçıların inqrediyentlərindən istifadə edirik. Məhsullarımızın lazımi qida dəyərini və dadını təmin etmək üçün hər il dünya üzrə 400.000-dən çox sınaq keçiririk.

Məhsulları Azərbaycana çatdırarkən onların daşınma və saxlanma şəraitinə diqqətlə nəzarət edirik. Bakıdakı Satış Mərkəzində Müstəqil Tərəfdaşlar və onların müştəriləri üçün sertifikatlaşdırılmış məhsulların olması bizim üçün vacibdir. Ayrıca olaraq qeyd edim ki, “Səhər yeməyi” kateqoriyasına aid məhsulların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sertifikatlaşdırılması Orqanının standartları və sertifikatlaşdırma tələblərinə uyğunluğunu təsdiq edən holoqramı var.

Biznes modelimizin digər mühüm komponenti 24/7 iş prinsipinə əsaslanan fərdi müştəri dəstəyidir. İnsanın qarşısına qoyduğu məqsədlərdən asılı olaraq, Müstəqil Tərəfdaşlar fərdi qidalanma planı tərtib edir, onun həyata keçirilməsinə nəzarət edir və sağlam həyat tərzinə gedən yolda motivasiya qazanmağa kömək edirlər. Bu, “Herbalife Nutrition”un əsas üstünlüyüdür. Bu bizim gücümüzdür.

Dayanıqlı inkişaf layihələri və biznesin sosial məsuliyyəti barədə nə deyə bilərsiniz?

Sözsüz ki, korporativ sosial məsuliyyət (KSM) layihələri şirkətimiz üçün çox vacibdir. Biz üç əsas istiqamətdə fəaliyyət göstəririk - ətraf mühitin qorunması və dayanıqlı inkişaf, dünyada aclığın aradan qaldırılmasına kömək etmək və əhalinin sağlam həyat tərzi və balanslaşdırılmış qidalanma sahəsində maarifləndirilməsi. Biz fəxr edirik ki, şirkət aclığa son qoymaq, ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, daha yaxşı qidalanma və dayanıqlı kənd təsərrüfatını təşviq etmək məqsədinə xidmət edən HNF Uşaq Xeyriyyə Fondunu yaradıb. Beləliklə, biz BMT-nin dayanıqlı inkişafının ikinci məqsədinə - sıfır aclığa (Zero Hunger) nail olmaq istiqamətində əyani töhfələr veririk.

Ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf da biznes strategiyamızın tərkib hissəsidir. Biz plastikdən istifadəni azaldırıq, daha çox təkrar emal edilmiş materiallardan istifadə edirik və məhsullarımız üçün qablaşdırmaların miqdarını azaldırıq. Məsələn, biz dünya üzrə bütün Satış Mərkəzlərimizdə plastik torbalardan istifadəni aradan qaldırmışıq və yaxın iki il ərzində bizim flaqman “Formula-1”

məhsulumuzun qablaşdırmasının dörddə biri təkrar emal olunmuş plastik tullantılarından ibarət olacaq. Ümumilikdə, 2008-ci ildən bəri biz istehsal proseslərimizdə plastikdən istifadəni 1800 tondan çox azaltmışıq ki, bu da 91 milyondan çox plastik butulkaya bərabərdir.

Məhsullarımızın istehsalı və çatdırılmasında daha az enerji və resurslardan istifadə etmək üçün texnologiyamız və biznes proseslərimizi daima təkmilləşdiririk. Təkrar emala gəlincə, ötən il təkcə Azərbaycandakı Müstəqil Tərəfdaşlarımızın köməyi ilə istifadə olunmuş məhsulların qablaşdırmalarını toplayaraq 15 kq plastik yığmışıq.

Gürcüstanda “Qızıl brend” biznes-mükafatına layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Bu uğurun sirri nədir və bu cür tanınmışlıq sizinçün nə deməkdir?

Təşəkkür edirəm! “Balanslaşdırılmış qidalanma” kateqoriyasında “Qızıl brend 2021” mükafatını almaq bizimçün böyük şərəfdir. Şirkətimiz fəaliyyətinə, ESG layihələrinə və ayrıca olaraq məhsul keyfiyyətinə görə bir çox mükafatlar alıb, lakin qeyd edim ki, bu, bir Qafqaz regionu ölkəsində ilk əhəmiyyətli mükafatdır.

Azərbaycanda və digər ölkələrdə çalışdığımız illər ərzində biz Müstəqil Tərəfdaşlarımızın və onların müştərilərinin minlərlə uğur hekayəsini paylaşa bilərik. Bu cür hekayələr insanlara kömək etməyə davam etmək üçün bizə ilham verir və həvəsləndirir.

İrakli, sizcə Azərbaycanda sağlam həyat tərzinə qarşı münasibət dəyişibmi?

Əminliklə deyə bilərəm ki, insanın öz sağlamlığına, rifahına şüurlu yanaşması qlobal tendensiyadır və bu anlamda Azərbaycan da istisna deyil. Artıq bir neçə ildir ki, biz ölkənin ən kütləvi idman tədbirlərindən birində - Bakı Marafonunda iştirak edirik. Bu il “Küləyə qalib gəl!” şüarı altında keçirilən yarışda 15 000-dən çox idmançı iştirak edib və finişə daha tez çatan ilk min nəfərə şirkətimiz tərəfindən həvəsləndirici mükafatlar verilib. Yeri gəlmişkən, “Herbalife Nutrition” komandasının üzvlərinin sayı bu il rekord sayda idi - yarışa 100-dən çox Müstəqil Tərəfdaş çıxmışdıq!

Getdikcə daha çox Müstəqil Tərəfdaşımız sağlam həyat tərzi klubları və fitnes düşərgələri təşkil edirlər. Müstəqil Tərəfdaşlarımız tərəfindən yaradılan klubların sayı ildən-ilə artır ki, bu da Qafqaz ölkələrində sağlam həyat tərzi trendinin davamlılığını sübut edir.

Mən hər kəsə bu cür tədbirlərə qoşulmağı tövsiyə edirəm, çünki sağlam həyat tərzi klublarında siz nəinki məhsullarımızı sınaya və əldə edə, həm də Müstəqil Tərəfdaşdan fərdi məsləhət ala bilərsiniz. Və sadəcə həmfikir insanlarla söhbət edə bilərsiniz!

Şirkətin bu il üçün planları haqqında danışmağınızı istərdik... 

Qlobal sosial məsuliyyət proqramımızın bir hissəsi olaraq, “Herbalife Nutrition”un 50-ci ildönümünü qeyd edəcəyimiz 2030-cu ilə qədər qarşımıza 50 milyon müsbət aksiya keçirməyi hədəf qoymuşuq. Biz buna “50-yə 50” kampaniyası deyirik. Bu payızda bu aksiyalardan biri də genişmiqyaslı komanda quruculuğu (team building) olacaq və aksiya müddəti ərzində Azərbaycanın rayonlarından birində ağac əkməyi planlaşdırırıq.

Bundan əlavə, işimizin mühüm hissəsi maarifləndirici tədbirlərdir. Qidalanma üzrə ekspertimiz Emil Hidayətli mütəmadi olaraq mətbuatda və sosial şəbəkələrdə faydalı materiallar dərc edir, balanslı qidalanmanın nə olduğunu, pəhrizin tərtibatı və ona əməl olunmasını, aktiv və sağlam həyat tərzi keçirmək üçün motivasiyanı haradan tapmaq lazım olduğunu izah edir. Oxucuların bu materiallara müsbət reaksiyası bizi çox sevindirir, çünki bu, onlara həqiqətən kömək etməyimiz deməkdir!

*Müstəqil Tərəfdaş statusu almaq üçün müqaviləni 18 yaşdan etibarən bağlamaq olar.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri