13 aydır məhbus olan müğənni Deniz Seki Türkiyənin “ATV” kanalında yayımlanan “Eşkıya dünyaya hökmdar olmaz” serialı üçün kamera qarşısına keçib.
:640.jpg)
Oxu.Az Türkiyə KİV-nə istiandla xəbər verir ki, Deniz Sekiyə həbsxanada Məryəm Çakırbeyli rolunu canlandıran aktrisa Deniz Çakır yoldaşlıq edib.
:640.jpg)
Belə ki, müğənni serialın həbsxanada çəkilən 14-cü bölümündə qonaq aktrisa kimi rol alıb.
Serialın səhnələri Sekinin qaldığı Bakırköy Kadın Kapalı Ceza İnfaz Kurumunda çəkilib.
:640.jpg)
Seki həbsxanada yazıb bəstələdiyi mahnını da ilk dəfə serialda səsləndirəcək.
:640.jpg)
Həmin səhnənin çəkilişi üçün serialın prodüseri Raci Şaşmaz əvvəl Sekinin ailəsi və vəkillərindən, sonra isə Ədalət Nazirliyindən xüsusi icazə alıb.
:640.jpg)
Ssenaridə Deniz Sekinin içəridə bu günə qədər yaşadığı, duyduğu gördüyü gerçək hekayələrdən bəzi nüanslar yer alıb.
:640.jpg)
Deniz Sekinin serialda ən səs salacaq sözləri isə budur:
“Cəhənnəm sadəcə acı çəkdiyimiz yer deyil. Acı çəkdiyimizi heç kimin eşitmədiyi yerdir”.

Aytən Sadıqzadə
www.oxu.az