Türkiyənin “TV8” kanalında yayımlanan “İşte benim stilim all star”ın ötən günki buraxılışı yenə də həmyerlimiz Sima Şərafətdinovanın geyimi və sözləri ilə yadda qalıb.

Oxu.Az xəbər verir ki, Sima geyimin 18 min lirə olduğunu deyib. O, həmçinin İrina Şeykin makiyaj ustasını da gətizdiridiyini bildirib:
“Verilişi tərk edənə qədər mənimlə işləyəcək, saçımı və makiyajımı hazırlayacaq”.

Çiğdem Çelik Simanın 18 yaşı tamam olan zaman atasının ona çəhrayı rəngdə idman avtomobil alacağını deyib. Nihal isə Simanın kompüter mühəndisliyi ilə əlaqədar şirkət quracağını söylədiyini bildirib.

Sima isə deyilənlərə etiraz edib. Ayşegül Doğanın isə “verilişin bu buraxılışında qaçan sətirlərlə “bunların hamısı xəyaldır” sözlərini yazmaq lazımdır” cümləsi Simanı əsəbiləşdirib.

Aytən Sadıqzadə
www.oxu.az