Hər il ilin ən yaxşı modellərini münsiflər heyəti və xalqın səsverməsi ilə təyin edən models.com saytı 11 kateqoriyada 2015-ci ilin ən müvəffəqiyyətli məşhurlarının adlarını təqdim edib.
Münsiflər heyətində moda sahəsində çalışan 250 nəfər peşəkar insan iştirak edir, hansı ki, onların arasında stilist, dizayner, fotoqraf, redaktor, saç və makiyaj ustaları yer alır.
Xalqın səsverməsi isə models.com-un oxucularının səslərinə əsaslanır.
Oxu.Az nəticələri təqdim edir:
İlin qadın modeli: Anna Ewers (münsif səsverməsi)

23 yaşlı alman supermodel Anna Ewers stilist Aleksandr Wang tərəfindən internetdə kəşf edilib. Bədən ölçüləri 85-60-89, boyu isə 1.75 sm-dir.
İlin qadın modeli: Gigi Hadid (xalq səsverməsi)

20 yaşlı amerikalı model və aktrisa Gigi Hadid anası Yolanda Foster ilə eyni peşəni seçib. Bədən ölçüləri 86-64-89, boyu 1.78 sm-dir.
İlin kişi modeli və ictimai media ulduzu: Lucky Blue Smith (münsif və xalq səsverməsi)

Hələ 18 yaşında olan amerikalı model Lucky Blue Smith 10 yaşında kəşf edilib. 12 yaşında isə beynəlxalq bir modellik agentliyiylə müqavilə imzalayıb. Mavi gözləri və 1.89 sm boyuyla podiumun gənc modellərindəndir.
İlin ən yaxşı debüt edən qadın modeli: Lineisy Montero (münsif səsverməsi)

Dominikan Respublikasında doğulan 19 yaşlı Lineisy Montero Santa Domingo-dakiı evinin yaxınlığında gəzərkən kəşf edilib. İndi Parisdə yaşayır.
İlin ən yaxşı debüt edən qadın modeli: Bella Hadid (xalq səsverməsi)

19 yaşlı amerikalı model Bella Hadid 2014-ci ildən bəri bu sahədə çalışır, ancaq həmişə bacısı Gigi-nin gölgəsinddi .Bədən ölçüləri 87-64-92, boyu 1.75 sm-dir.
İlin ən yaxşı debüt edən kişi modeli: Jordan Barrett (münsif və xalq səsverməsi)

19 yaşlı Avstraliyalı model ilk müqaviləsini 14 yaşında imzalayıb.
İlin ən uğurlu geri dönüş edən kişi modeli: Derek Zoolander (münsif və xalq səsverməsi)

İlin ictimai media ulduzu: Gigi Hadid (münsif səsverməsi)

İlin ictimai media ulduzu: Kendall Jenner (xalq səsverməsi)

İlin xeyriyyəçi qadını: Cameron Russell (münsif səsverməsi)

İlin xeyriyyəçi qadını: Karlie Kloss (xalq səsverməsi)

Ən yaxşı küçə stilinə sahib qadın: Hanne Gaby Odiele (münsif səsverməsi)

Ən yaxşı küçə stilinə sahib qadın: Liu Wen (xalq səsverməsi)

Bədən ölçüləri 81-54.5-90, boyu 1.78 sm.
İlin ən müvəffəqiyyətli ulduz qadın modeli: Rihanna (münsif səsverməsi)

İldə bir dəfə nəşr olunan “Dior Magazine” jurnalının üz qabığında yer alan Rihanna bu pozası ilə “İlin ən müvəffəqiyyətli ulduz qadın modeli” seçilib.
İlin ən müvəffəqiyyətli ulduz qadın modeli: Cara Delevingne (xalq səsverməsi)

İlin ən müvəffəqiyyətli ulduz kişi modeli: Justin Bieber (münsif və xalq səsverməsi)

Aytən Sadıqzadə
www.oxu.az