2019-cu ildə kinoteatrlarda ən çox maraqla Tarantinonun “Bir dəfə Hollivudda” və “Joker” filmləri gözlənilir.
“Bir dəfə Hollivudda”

Kventin Tarantinonun məşhurla bol olan filminin baş rollarında Bred Pitt, Leonardo Dikaprio, Marqot Robbi və Al Paçino yer alır. Hazırda çəkilişləri davam edən film 1969-cu ilin yayında məşhur olmağa çalışan iki dostun hekayəsini və arxa planda yer alan Şeron Teyt cinayətindən bəhs edir. Film 23 avqust tarixində təqdim ediləcək.
“İrlandiyalı”
Robert DeNiro və Al Paçinolu film “Netflix”də yayımlanacaq.

“Əjdahanı necə ram etməli?: Gizli dünya”
Jerard Batler, Amerika Ferrera, Keyt Blanşet və Kitt Harrinqtonun səsləndirdiyi animasiya filmi 25 yanvarda tamaşaçılara təqdim ediləcək.

Pərviz Hüseyn
www.oxu.az