Castin Biberin “What Do You Mean” klipində rol aldıqdan sonra daha da populyarlaşan 26 yaşlı model Xenia Deli 62 yaşlı misirli iş adamı Ossama Fathi Rabah Al-Sharif ilə ailə qurub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, atası türk, anası moldovalı olan model bir neçə il əvvəl “Playboy”un üz qabığında yer alıb və “Victoria's Secret” üçün modellik edib.
Xenia Deli tez-tez İnstagram hesabında həyat yoldaşıyla birgə yeni fotoşəkillərini paylaşır.
Məşhur model əri tərəfindən evlilik hədiyyəsi olaraq lüks avtomobil, ləl-cəvahirat kimi bahalı hədiyyələr qəbul edir.
Aytən Sadıqzadə
www.oxu.az