Böyük bədənli model Tess Holliday çılpaq şəkillər paylaşdığına görə sosial şəbəkə izləyiciləri və ətrafındakı insanlar tərəfindən sərt tənqid olunur.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 30 yaşlı model ona qarşı kəskin ifadələr işlədildikdə çılpaq şəkillər çəkdirdiyini və bunları İnstagram səhifəsində paylaşdığını açıqlayıb.

“Əhvalım olmayanda çılpaq poza verirəm”,-deyə model bildirib.

Əlil arabasına məhkum olan anası, nişanlısı və 10 yaşındakı oğlu ilə birlikdə yaşayan Tess, yolda gedərkən insanların ona sərt reaksiya verdiyini də deyib.

Medianın sayəsində özünü kəşf etməyə başladığını söyləyən Tess, qeyri-standart bədən ölçülərini nümayiş etdirməsinə görə tənqid atəşinə tutulduğunu da sözlərinə əlavə edib.

Tess hal-hazırda həyatından çox məmnun olsa da, çətin uşaqlıq illəri keçirib.

Kök olduğuna və əlil anasına görə daim ətrafdakıların lağ obyektinə çevrildiyini deyən Tess Holliday, internet fenomeni və müvəffəqiyyətli model olduqdan sonra onu ələ salanların layiqli cavabını verdiyini düşünür.


