Türkiyənin “Star” televiziyasında yayımlanan “Zuhal Topalla” evlilik verilişinə qatılan azərbaycanlıların ard-arası kəsilmir. Proqramın ötən gün nümayiş olunan buraxılışına Gülnarə adlı 27 yaşlı həmyerlimiz qatılıb.
Oxu.Az xəbər verir ki, o, verilişdə digər azərbaycanlı iştirakçı, model Əli Əkbərlə tanış olmaq üçün iştirak edib. Gülnarə ailə üzvlərinin Bakıda yaşadığını, özünün isə bir ildir Türkiyəyə köçdüyü və İstanbulda rəfiqəsi ilə birgə yaşadığını söyləyib. Həmyerlimiz inşaat şirkətlərinin birində tərcüməçi işlədiyini və 4 dil (Azərbaycan, türk, rus, ingilis) bildiyini deyib.
Əli Əkbərin isə Gülnarəyə cavabı “xeyr” olub.
A.S.
www.oxu.az