Aktrisa Naz Elmas 01.01.2015 tarixində məşhur bərbər Emre Kıramerlə nikah masasına əyləşmişdi.
Oxu.Az xəbər verir ki, aktrisa həm ailəsinə, həm də sevənlərinə sürpriz edərək Kıramerin Kuruçeşmedəki evində ailələr və yaxın dostlarının hüzurunda evliliyə imza atmışdı. Ancaq 5 aydır eşq yaşayan cütlüyün xoşbəxtliyi uzun sürməyib. Onlar Beykoz Məhkəməsində anlaşmalı şəkildə boşanıblar.
Cütlüyün 1 aydır ayrı yaşadığı məlum olub. Ayrılıq xəbərinə kədərlənən ailələrin göstərdiyi səy də gənc ailənin evliliyini qurtara bilməyib.
Aytən Sadıqzadə
www.oxu.az