Səyyar “ASAN xidmət” Binəqədi rayonunda yanğının baş verdiyi binanın sakinlərinə xidmət göstərməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu gün Səyyar “ASAN xidmət”ə müxtəlif xidmətlərlə bağlı 80-ə yaxın müraciət daxil olub.
“ASAN xidmət”dən bildirilir ki, müraciətlərin qəbulu ödənişsiz əsaslarla zərərçəkmiş sakinlərin sənədləri tam bərpa olunana kimi davam edəcəkdir.
Ülviyyə R. Əli
www.oxu.az