Antalyada modellər bir neçə gün əvvəl 5 dərəcə istidə dəniz sahilində kamera qarşısına keçiblər.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “Esline Agentliyi”nin modelləri Adalia Maratapova, Ulyana Tarasyuk və Aydan Alioğlu “Lara çimərliyi”ndə bir geyim markasının təqdimatı üçün obyektivlərə gülümsəyiblər.
Gözəllikləri ilə diqqət çəkən modellər soyuq havaya baxmayaraq dəniz sahilində bikini ilə poza veriblər.
Onları sahildə olan turistlər də maraqla izləyiblər.