Hollivud ulduzu Leonardo Di Kaprio subaylığın daşını atmaq qərarına gəlib.
Bu barədə Oxu.Az "HeatWorld" nəşrinə istinadla xəbər verir.
50 yaşlı amerikalı aktyor 26 yaşlı italyan model Vittoriya Çeretti ilə evlənməyi düşünür.
Cütlüyə yaxın olan anonim mənbənin sözlərinə görə, Di Kaprio gələcək haqqında ciddi düşünməyə başlayıb və təklikdə qocalmaq istəmir.
Bildirilir ki, tərəflər arasında münasibətlər 2023-cü ilin yayından başlayıb.