Xalq artisti Hacıbaba Bağırovun yadigarı Şölənin yeni fotoları yayılıb. Aktyorun qızı hazırda 12 yaşındadır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 68 yaşında ikinci dəfə ailə quran ölməz sənətkarın qızı 8 iyul 2002-də doğulub. 74 yaşında dünyasını dəyişən Hacıbaba Bağırov sağ qalsaydı 82 yaşı olardı.
Şölənin anası Arzu xanım yaşca sənətkardan 38 yaş kiçikdir. Onların bu evlilikdən olan qızı hazırda 6-ci sinifdə oxuyur.
Xatırladaq ki, mərhum sənətkar 1932-ci il iyun ayının 12-də Bakı şəhərində anadan olub. Hacıbaba Bağırovun ikinci evliliyi Arzu Bağırova ilə 31 dekabr 2000-ci ildə olub.
Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat edib.