Əməkdar artist Abbas Bağırov Amerikaya yollanıb.
Oxu.Az xəbər verir ki, ifaçı İnstaqram hesabında Ağ Evdə çəkdirdiyi fotonu paylaşıb.
Qeyd edək ki, Ağ Ev (The White House) Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir.
1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ Ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və bina 8 ilə tikilib.
2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ Ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. 11 sentyabrdan sonra Ağ Ev dəmir barmaqlıqlarla hasara alınıb.
Aytən Sadıqzadə