Portuqaliyada konsert verən britaniyalı müğənni Adel “Million Years Ago” adlı mahnısının sözlərini unudub.
Oxu.Az xəbər verir ki, vəziyyətdən peşəkarcasına çıxan ifaçı gülərək tamaşaçılardan üzr istəyib.
Belə bir vəziyyət 2011-ci ildə onun ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində verdiyi konsert zamanı da yaranmışdı.
Aytən Sadıqzadə
www.oxu.az