Məşhur britaniyalı müğənni Adel səhnədən uzaqlaşır.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, ikinci dəfə ana olmağa hazırlaşdığını deyib.
“Uşaq dünyaya gətirməyə hazırlaşıram. Yarım il sonra səhnəyə qayıdacağam. Məndən canınızı qurtara bilməyəcəksiniz”, - deyə Adel qeyd edib.
Xatırladaq ki, sənətçi 5 illik sevgilisi Simon Konecki ilə rəsmi nikah bağlamayıb. Cütlüyün 3 yaşında Angelon adlı bir oğlu var.
A.S.
www.oxu.az