Aktrisa Ceyda Ateş ötən günki serial çəkilişi zamanı böyük bir qəzadan qurtulub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ssenariyə uyğun serialda şüşə partlayışı səhnəsi çəkilərkən səs-küylü partlayış olub və şüşə parçalarından biri Ceyda Ateşin üzünə dəyib. Yaradıcı heyyət çaxnaşma içərisində aktrisanı xəstəxanaya aparıb. Əhəmiyyətli bir kəsik və zədə almayan Ateş çəkiliş meydançasına geri dönüb.
Xatırladırıq ki, aktrisanın ötən il “Yılanların Öcü” serialının çəkilişi zamanı burnu qırılmış və əməliyyat olunmuşdu.
Aytən Sadıqzadə
www.oxu.az