2015-ci ilin 8 ayı ərzində Azərbaycanda qızıl istehsalı 1 511 kq təşkil edib. Bu da 2014-cü ilin anoloji dövrünün göstəricisindən 30% çoxdur.
Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a verilən məlumata görə, 2015-ci ilin sentyabrın 1-nə hazır qızıl ehtiyatı 73,1 kq, gümüş ehtiyatı isə 5,2 kq təşkil edir.
Bundan başqa, ölkədə gümüş istehsalı bir ildə 70,2% aşağı düşüb:
“Belə ki, 2015-ci ilin yanvar-avqust ayı ərzində Azərbaycanda 62,8 kq qızıl istehsal edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 70,2% azdır”.
Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub.
Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.
Ülviyyə R. Əli
www.oxu.az