Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aktrisa ilə eşq yaşayan Cem Yılmaz dəbdəbəli villasını satışa çıxardı - FOTO
Türkiyənin məşhur yumoristi və şoumeni Cem Yılmaz dəbdəbəli villasını satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, populyarlıqda özündən geri qalmayan gözəl aktrisa Serenay Sarıkaya ilə yaşadığı eşq xəbərləri ilə gündəmə səs salan sənətçi Zekeriyaköydəki malikanəsinə iki milyon dolları olan alıcı axtarır.
Hazırda Cem həmin villanı kirayə verir. Orada müvəqqəti olaraq Başakşehirli futbolçu Gael Clichy yaşayır. Futbolçu hər ay C.Yılmaza 12 min manat kirayə pulu ödəyir.
Xatırladaq ki, “2.Sayfa” maqazin proqramı karantin günlərini özündən 18 yaş kiçik Serenayla birlikdə keçirən Cemin aktrisaya evlilik təklifi etdiyi barədə xəbər yayımlamışdı. Daha sonra C.Yılmaz “Xəbərim olarsa, evlənmərəm, evlənsəm, xəbərim olar” statusu ilə yarızarafat, yarıciddi yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.
Rəşad Əliyev
"Cem Yılmaz" teqi üzrə xəbərlər
- Cem Yılmazın yeni sevgilisi bəlli oldu - FOTO
- Karyerasını bitirdiyini deyən Cem Yılmazdan təqaüdü barədə açıqlama - FOTO
- Kənan MM: ”Eldar Quliyev Fuad Poladova göstəriş verdi, mənə çatanda dedi, sən özün bilirsən”- MÜSAHİBƏ + FOTO
- Barış Mançonun gitaristi, Cem Yılmazın aktyoru, MFÖ-nün Özkanı kimdir? - VİDEO
- Şamil Ayrım: “Türkiyədəki azərbaycanlıların üç əsas probleminin həlli ilə məşğul olacağıq” - MÜSAHİBƏ + FOTO