Amerikalı aktyor və kinorejissor Şon Penn CORE xeyriyyə təşkilatının baş direktoru Enn Li ilə birlikdə Ukraynanın Lvov şəhərinə yollanıb.
Bu barədə aktyor özünün “Twitter” səhifəsində yazıb.
I was in Lviv, Ukraine today with CORE team, strategizing with local governance & NGO’s to scale up our in-country programs. Good meeting with Gov. Maksym Kozytskyy. To learn more go to https://t.co/snKeUz99Fm or text “CORE” to 24365 to donate. pic.twitter.com/ASHavYHlvy
— Sean Penn (@SeanPenn) March 28, 2022
Onlar Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski ilə görüşüb və ukraynalı qaçqınlara yardım proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
Qeyd edək ki, Hollivud ulduzu təxminən bir ay əvvəl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Ukrayna hakimiyyətinə dəstəyini ifadə edib. “Oskar” mükafatı laureatı həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqqında sənədli film çəkəcək.
Mənbə: RBK