Almaniyanın Qеlzеnkirхеn şəhərində təşkil edilən “Miss Turkuaz Germany 2014” gözəllik müsabiqəsinin qalibi 24 yaşındakı Aslı Cankat olub.
Oxu.Az xəbər verir ki, müsabiqədə eyni xal toplayan iki iştirakçı - 22 yaşındakı Cansu Ezim və 21 yaşındakı Yasemin Akan ikinci, 22 yaşındakı Aylin Sezgin isə üçüncü yerə layiq görülüb. Birinci olan Aslı Cankat “Miss Turkuaz Germany 2014” tacını “Miss Turkuaz Germany 2013” gözəli Elif Özkandan təhvil alıb.
“Almaniyanın Rəngləri” şüarıyla hazırlanan yarışma Qеlzеnkirхеn şəhərinin bələdiyyə binası “Hans Sachs Haus”da təşkil edilib. Yarışmaya Almaniyanın fərqli şəhərlərindən 20 türk qızı qatılıb.
10 nəfərlik münsiflər heyətində isə sənətçi Volkan Baydar, “Schalke04”ün və Alman Milli Komandasının köhnə oyunçularından Gerald Asamoah və “Schalke04”də oynayan Kaan Ayhan kimi tanınmışlar yer alıblar.
Aytən Sadıqzadə