Rusiya və Azərbaycan arasında bütün səviyyələrdə işgüzar əlaqələr qurulub, bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq üzrə yaxşı dinamikamız var.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.
“Bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi sahədə dinamikamız yaxşıdır”, - deyə, prezident bildirib.
Qarşıdakı danışıqlardan bəhs edən Şoyqu “bizim üçün Xəzərlə bağlı olan hər bir şeyin vacib olduğunu” qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir, Azərbaycan müasir silah alır.
“Danışıqlarımızın gündəliyi onların münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur”, - deyə, rusiyalı nazir bildirib.