Müğənni Almaz Ələsgərli təyyarə almaq istəyir.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, “Şou+” verilişinə açıqlama verən ifaçı tez-tez xaricə üz tutduğu üçün təyyarə almaq arzusunda olduğunu, lakin hazırda bu istəyini reallaşdırmağa imkanı olmadığını bildirib:
“İstirahət etmək üçün Avropaya üz tutacam. Qızım xaricdə yaşayır, iki aydan bir ora səyahət edirəm. Mənim əvəzimə hansı ana olsaydı, belə edərdi. Xarici ölkə mənim üçün artıq Sumqayıta getmək kimidir, çünki tez-tez gedib gəlirəm. Lakin xaricdə ev almağı düşünmürəm. İki nəfərlik təyyarə almaq istəyirəm. Milyarder deyiləm, sadə adamam. Amma həyatın sürprizlərinə inanıram. Bəlkə, gələn il bu vaxt təyyarəm oldu, bunu heç kim bilə bilməz. Sevgi dolu qadınam, fikrimdə gözəl işlər var. Hər kəsə arzu edirəm ki, sevib-sevilin, yaşayın, ev yıxmayın”.