Amerikalı məşhur bass-gitaraçı və “Blink-182” pank-rok-qrup vokalisti Mark Hoppus xərçənglə mübarizə aparır.
Bu barədə o “Instagram” hesabında yazıb.
49 yaşlı Hoppus müalicənin üç aydır davam etdiyini deyib:
“Xərçəngəm. Qorxuncdur, amma bu vəziyyətdən çıxmağımda kömək edən həkimlərim, ailəm və dostlarım var. Hələ müalicə olunacaq çox aylar var, amma ümidimi və pozitivliyimi qorumağa çalışıram”.
Mark Hoppus 1992-ci ildən mövcud olan “Blink-182” qrupunun yaradıcılarından biridir. Eyni zamanda o “+44” qrupunu yaradıb, “Simple Creatures”da çıxış edir.