4 il əvvəl həyatını itirən müğənni Amy Winehouse ilə bağlı sirr ortaya çıxıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki,n2011-ci ildə 27 yaşında həyata gözlərini yuman Amy Winehouse öləndə hamilə imiş.
İfaçının 63 yaşlı atası Mitch Winehouse Avstraliyada bir televiziya proqramına açıqlama verib. O bildirib ki, sevgilisi Reg Traviss ilə ailə qurmağa hazırlaşan Amy Winehouse hamilə imiş.
Spirtli içki zəhərlənməsindən həyatını itirən Amy Winehouse əvvəl bir barda tanış olduğu Blake Fielder ilə ailə qurmuş, ancaq evliliyi iki il davam etmişdi.
Mitch Winehouse bu il nümayiş olunan və qızının həyatından bəhs edən “AMY” adlı sənədli filmdə çatışmazlıq olduğunu və Amy-nin həyatını tam olaraq göstərmədiyini söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az