Müğənni Zamiq Hüseynov mərhum repçi Anar Nağılbazın “Mən səni sevirəm” mahnısını ifa edib.
Axşam.az-ın xəbərinə görə, repçinin anası Şərqiyyə xanım məsələ ilə bağlı açıqlama verib.
O qeyd edib ki, Zamiqin ifasına kövrəlib:
“Zamiqi öpüb bağrıma basıram. İfasını hədsiz çox bəyəndim. Ümumiyyətlə, onun bütün mahnılarını sevərək dinləyirəm. Anarın mahnısını oxuyub.
Elə bildim ki, mənə dünyanı bağışladı. Xahiş edirəm, bundan sonra da Anarın bütün mahnılarını elə Zamiq oxusun. Allah onu xoşbəxt eləsin. Çox sağ olun ki, Anarı yad edirsiniz”.