Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Anarın videosu Peris Hiltonu ağlatdı – VİDEO
Stilist Anar Ağakişiyevin bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdığı video səs-küyə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, stilist üzü yanmış bir xanımı makiyaj edib.
Özünü güzgüdə görən qadın göz yaşlarını saxlaya bilməyib.
Anarın 635 minlik “Instagram” səhifəsində yayımladığı video 3,8 milyondan çox izlənilib. Onun paylaşımına dünyanın bir çox məşhurları şərh yazıb.
Onlar arasında dünyanın ən məşhur simalarından olan Peris Hilton da yer alıb. O, videoya çox kədərləndiyini bildirib:
“Bu görüntü məni ağlatdı, hekayə mənə çox təsir etdi. Çox gözəldir”.
Peris daha sonra Anarın “Instagram” səhifəsini izləməyə başlayıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər