Hollivud aktrisası və BMT-nin xoşməramlı səfiri Ancelina Coli Romada görüntülənib. O, 16 yaşlı qızı Şilo ilə birlikdə 2021-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi olmuş İtaliyanın məşhur rok qrupu “Maneskin”in konsertində iştirak edib.
Konsert zamanı aktrisa yerində rəqs edib və mahnı oxuyub.
Xatırladaq ki, bu ilin yazında Coli Ukraynaya səfər edib.
Mənbə: unian.net