Aktrisa və rejissor Ancelina Coli üç yeni tatu etdirib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Aktrisa yeni təsvirlər ilə “Öncə onlar mənim atamı öldürdülər” adlı yeni filminin çəkilişində Kambodcidə nəzərə çarpıb.
Mənbə jurnala bu təsvirlərin buddizmin dünyaya sülh, məhəbbət və çiçəklənmə arzularını ifadə etdiyini bildirib.
Jurnal bunların Colinin ilk tatuları olmadığını xatırladıb. Əsasən 2015-ci ildə aktrisanın sol əlində yeni tatu görülüb.
Colinin yeni filmi “Öncə onlar mənim atamı öıdürdülər: Kambodci qızının xatirələri” kitabı əsasındadır. Aktrisa və rejissor bu filmi Netflix üçün çəkir. Ona oğulları Meddoks və Paks yardım edir.
