Ancelina Colinin keçmiş həyat yoldaşı aktyor Billi Bob Tornton aktrisa ilə bağlı səs-küylü açıqlama verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Colinin sadomazoxist (qarşısındakı şəxsə acı vermək və ya əziyyət verərək seksual bir həzz almaq) olduğunu söyləyib:
“Coli ilə iki il evli qaldıq. Bir gün evə 2 bıçaq və kiçik şüşə qabla gəldi. Sevişdikdən sonra barmaqlarımızı kəsərək qanımızı həmin şüşəyə doldurmağı istədi. Daha sonra o şüşələri boynumuzdan asdıq”.