Ancelina Colinin rol alacağı serialda azərbaycanlı aktrisa da yer alıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Hayat körpüsü” adlanan serialın baş qəhrəmanları “Nargis” jurnalının keçmiş baş redaktoru, aktrisa Könül Nağıyeva və aktyor Mustafa Yabaş olacaq.
Könül ekran işində Əzizə obrazını canlandıracaq. Layihə TRT 1-də 3 mövsüm davam edəcək, suriyalı qaçqınların həyatından bəhs edəcək.
Serialda bir neçə bölümlük Ancelina Coli, Nensi Ajram, Perihan Savaş rol alacaq. Əvvəlcə Kriştianu Ronaldonun layihədə yer alacağı barədə məlumat yayılsa da, futbolçu açıqlamasında serialda rol almayacağını söyləyib.
Artıq ekran işinin tanıtım videosu isə Gaziantepdə çəkilib.
A.S.
www.oxu.az