Bütün ili səbrsizliklə “Jara” festivalını gözləyirdik.
Bu sözləri Oxu.Az-a açıqlamasında rusiyalı ifaçı Anjelika Agurbaş deyib.
Müğənni “Jara” musiqi festivalı barədə danışıb və təriflər yağdırıb:
“Baxın, necə gözəl atmosfer var. Hava möhtəşəmdir. Düşünürəm ki, hamının ürəyində istilik çox böyükdür. Azərbaycanda özümüzü çox komfortlu hiss edirik. Mən Bakını, Azərbaycanı çox sevirəm”, - deyə Anjelika bildirib.
Sənətçi Azərbaycan mətbəxini də sevdiyini dilə gətirib:
“Azərbaycan mətbəxini çox sevirəm. Bakı pomidoru və xiyarı isə ən sevdiyimdir. Burada olanda kökəlməkdən belə qorxmuram. Çünki məhsullarınız o qədər gözəldir ki, kökəlmək mümkün deyil”.
Qeyd edək ki, Anjelika Agurbaş və digər məşhur rus ulduzlarının iştirak etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı bu gün sonuncu günü ilə yekunlaşır.
Pərviz Hüseyn
www.oxu.az