Dünya operasının ulduzu Anna Netrebko və məşhur azərbaycanlı opera ifaçısı Yusif Eyvazov 2016-cı ilin sentyabrın 7-də klassik musiqi ulduzlarının gecəsində çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, Soçidə “Yeni Dalğa - 2016” gənc ifaçılar arasında beynəlxalq musiqi müsabiqəsi çərçivəsində keçiriləcək. Bu barədə müsabiqənin saytında məlumat yayılıb.
“Yeni Dalğa - 2016” müsabiqəsi Soçidə 3-9 sentyabr tarixlərində reallaşacaq. Tədbir çərçivəsində Rusiyanın müasir səhnəsinin ən parlaq ulduzlarının iştirakı ilə konsertlər keçiriləcək.
Ulduzlar gecəsində Dmitri Xvorostovski, Yuri Başmet, Denis Matsuyev və digərləri iştirak edəcəklər.
Xatırladaq ki, azərbaycanlı opera müğənnisi Yusif Eyvazov rusiyalı opera divası Anna Netrebko ilə 2015-ci ilin sonunda Vyanada nikah bağlayıb.