Rusiyalı musiqiçi Anton Belyayev və “Therr Maitz” qrupu paytaxtımızda konsert proqramı ilə çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, məşhurlar mayın 28-i saat 22.00-da “Opera Sky”da sevənlərini bir araya yığacaqlar.
Gecəni yerli dj-lər Dj Shock və Dj Tim diskoteka şou ilə davam etdirəcəklər.
Qeyd edək ki, Anton Belyayev “Therr Maitz” qrupunun təsisçisi və solisti, Rusiyanın Birinci Kanalının “Qolos” (“Səs”) müsabiqəsinin yarımfinalçısıdır. “Therr Maitz” qrupunun debüt sinqlı “Make It Last” iTunes-də yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az