Aparıcı Mikayıl Güləddinoğlu “Space” telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” verilişinin qonağı olub və proqramda şəxsi həyatı barədə açıqlama verib.
Oxu.Az ailem.az-a istinadla xəbər verir ki, teleaparıcı həyat yoldaşının ondan 14 yaş kiçik olduğunu etiraf edib.
“Həyat yoldaşıma elçi gedəndə, 11-ci sinifdə oxuyurdu. Məktəbi bitirdi, mənim də 31 yaşım vardı, ailə qurduq. Qohumumuzdur. Getdim qayınatama dedim ki, mənim həyat yoldaşım evdar xanım olacaq. Sözsüz ki, bəlli yaşa qədər həyatımda kimlərsə olub. Amma işləyən xanımlar idi, baxdım ki, aramızda narazılıq ola bilər. İşləyən, işgüzar xanım yaxşıdır, amma mənə uyğun deyil. Anam Xarici Dillər Universitetini bitirib, lakin atam ona işləməyə icazə verməyib. Mən də belə görmüşəm. Mən də ailə quranda şərtimi belə kəsdim”.
A.S.
www.oxu.az