ATV-də Fərid Rəsulun təqdimatında yayımlanan “İş həmişə var” verilişinin bu həftəki çəkilişləri Dənizkənarı Milli Parkda baş tutub.
Oxu.Az xəbər verir ki, bu dəfə aparıcı Bulvarda mühafizəçi, bağban, daha sonra süpürgəçi işləyib.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
Veriliş 25 may, bazar günü saat 13:15-də ATV-də yayımlanacaq.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az