Serbiyanın dini liderləri “Eurovision-2014” qalibi saqqallı qadın Konçita Vurst obrazında çıxış edən avstriyalı Tomas Noyvirti Balkan ölkələrində baş verən dağıdıcı daşqının səbəbkarı hesab edirlər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bir sıra dini liderlər Vursta qarşı ittiham irəli sürüblər. Belə ki, onlar 33 nəfərin ölümünə səbəb olan daşqının avstriyalının qələbəsinə görə Allahın cəzası olduğunu hesab edirlər.
“Bu, təsadüf deyil, xəbərdarlıqdır. Allah bizə seli xəbərdarlıq kimi yolladı ki, insanlar təhlükəli tərəfə keçməsinlər”, - patriarx Amfiloxiya deyib, RİA Novosti xəbər verir.
Şərqi serblərin dini lideri patriarx İriney bəyan edib ki, daşqınlar günahların cəzasıdır və Allah bu yolla Serbiyanı günahlardan təmizləyir.
Balkan regionunda daşqınlar davamlı selə çevrilən güclü yağışlarından sonra başladı. Bu çayların məcrasından çıxıb ətrafdakı əraziləri basmasına səbəb oldu. Serbiya qonşu Xorvatiya, Bosniya və Herseqovinadakı kimi fövqəladə halın nəticələrini aradan qaldırmağa çalışır və beynəlxalq yardım almaqda davam edir.
Avstriyalının “Eurovision”da qələbəsinə cəmiyyət heç də birmənalı reaksiya vermədi. Belə ki, Rusiya maviləri hesab edirlər ki, Vurstun obrazı Rusiyada “çox populyar oldu və LGBT-yə qarşı cəmiyyətin fikrini dağıdan bir qüvvəyə çevrildi”.
Eyni zamanda, Sankt-Peterburqun qanunvericilik müşavirəsinin deputatı Vitali Milonov RF mədəniyyət nazirinə Vurstun Moskvaya konsert proqramı ilə gəlməsini qadağan edilməsi xahişi ilə müraciət edib.
“Ədalətli Rusiya” fraksiyasının rəhbərinin müavini Oleq Nilov isə Konçita Vurstun “Eurovision”da qələbəsinə dəstək olan “qara qüvvələrə” cavab olaraq Dövlət Dumasının tribunasından “Qara qarğa” mahnısından bir bənd oxuyub. Avstriyadan Avropa parlamentinin üzvü Evald Ştadler bəyan edib ki, bu qələbəyə görə utanır. Eyni zamanda ölkənin mədəniyyət naziri Yozef Ostermayer baş verənləri “Avropada tolerantlıq əlaməti” adlandırıb. Bundan başqa, Türkiyə Vurstun qələbəsindən sonra “Eurovision”da çıxış etməkdən imtina edib.