“Xəzər” telekanalının aparıcısı Zaur Kamal “5/5” verilişinin qonağı olan müğənni Günel Məhərrəmovanı canlı yayımda pərt edib.
Oxu.Az xəbər verir ki, aparıcı “Bu gün xüsusi geyinmisiniz, rejissor çətinlik çəkəcək. Kameralardan xahiş edirəm iri planda göstərin, uzaqdan yox. Canlı yayıma gəlirsiniz, bir az uzun geyinin. Tamaşaçı baxır”,- deyə müğənniyə iradını bildirib.
“Qara corabla geyinmişəm. Bundan sonra uzun tuman geyinib gələcəm. Məni əsəbiləşdirirsiniz” - Günel Məhərrəmova deyib.
Hazırcavab aparıcı “Günel xanım, deyəsən, özünüzdə deyilsiniz”,- deyə cavab verib.
“Kanal Baku”ya istinadən həmin görüntüləri təqdim edirik.
Aytən Sadıqzadə