Aparıcı Dəfnə Coy Fosterin evində dünyasını dəyişdiyi Kərəm Altana 2 ay 15 gün həbs cəzası verilib.
Oxu.Az-ın axşam.az-a istinadən məlumatına görə, Kərəm “yardım məsuliyyətini yerinə yetirməmək” cinayətindən mühakimə olunub. K.Altan məhkəməyə qatılmasa da, aparıcının anası Xədicə Foster prosesdə iştirak edib.
Məhkəmə cəzanın tətbiqini təxirə salıb.
Qeyd edək ki, Dəfnə Coy Foster 2011-ci ildə jurnalist Əhməd Altanın oğlu Kərəm Altanın evində dünyasını dəyişib. Tibbi ekspertiza aparıcının “Astma, spirtli içki və dərmanlar səbəbiylə öldüyü” qənaətinə gəlmişdi. Lakin daha sonra K.Altan haqda “D.C.Fosterin ölümünə səbəb olma” ittihamı ilə cinayət işi açılmışdı. X.Foster jurnalistin oğlunu vaxtında təcili tibbi yardım çağırmamaqda günahlandırırdı.