Bir neçə gün bundan öncə rəqqasə-müğənni Sevda Sanəliyeva mediaya verdiyi açıqlamada Türkiyədə rəqqasə Asena ilə görüşdüyünü bildirib.
Asena ilə olan fotonu internetdə paylaşan müğənni onu Bakıya dəvət etdiyini və birlikdə layihələr həyata keçirəcəklərini açıqlayıb.
Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, rəqqasə Asena Sevda Sanəliyevanın yalan danışdığını bildirib:
“Belə bir şey yoxdur. Mən oteldə yemək yeyirdim. Bura gəldi və mənimlə rəsm çəkdirmək istədi.
Bir də toyumuz var deyərək danışmaq üçün telefon nömrəsini verməyimi rica etdi. Mən Bakıda Aytəndən başqa heç kəsi tanımıram. Mən Azərbaycana gəlsəm, bunu öncə Aytən biləcək”.