ATV-də yayımlanan “Düz üzünə” verilişinin aparıcısı İradə İsaqın uşaqlıq fotoları yayılıb.
Şəkillərdən də göründüyü kimi aparıcı bu illər ərzində xeyli dəyişib.
Oxu.Az Press24.az-a istinadla xəbər verir ki, aparıcı uşaq ikən qarabəniz olduğunu, hətta buna görə özündə kompleks hiss etdiyini deyib:
“Çox qara idim uşaq vaxtı. Qohumlar, tanışlar - hamı mənə qara qız deyirdilər. Çox inciyirdim. Allaha gecə-gündüz yalvarırdım ki, ağarım. Yadımdadır, əmimin həyat yoldaşı Atlas bibi mənə mahnı da qoşmuşdu: “A qara-qura İradə, sabunu yoxdu ağara İradə”.
Özünə bildirmirdim, amma gizlində gecələr ağlayıb, Allaha yalvarırdım ki, məni ağartsın. Hələ qarğış da edirdim ki, qoy nəvəsi dünyaya gəlsin, özü də qapqara olsun. Bəlkə də oxucular inanmayacaqlar, amma Allah həqiqətən səsimi eşitdi. Möcüzə baş verdi.
15 yaşım olanda dərim ağarmağa başladı. Sonra o bibimin qız nəvəsi oldu. Eynən mənim uşaqlığım kimi qapqara. İndi 20 yaşı var, hələ də ağarmayıb (gülür). Yadıma düşəndə deyirəm, bu yazıq uşağın günahı nə idi ki, mənim qarğışıma keçdi. Amma nəyi pisdir ki, onsuz da indi qaradərili olmaq dəbdədir (gülür)”.