Avstraliyanın SBS teleşəbəkəsi beynəlxalq “Asiya Eurovision” müsabiqəsini keçirməyi düşünür, bu barədə The Sydney Morning Herald məlumat yayıb.
Oxu.Az xəbər verir ki, hazırda şirkət Hindistan, Çin və Cənubi Koreyanın iri yayım şirkətləri ilə danışıqlar aparır.
Avstraliyadan olan müğənni Demi İm İsveçdə “Eurovision”da ikinci yeri tutub. İndi SBS müsabiqənin Ukraynada keçiriləcək gələn finalında yer almaq üçün çalışır, amma bununla yanaşı həm də “Asiya Eurovision”u da hazırlayır. Müsabiqə 2017-ci ildə efirə çıxa bilər.
Avstraliya şirkətindən deyilənə görə, orijinal “Eurovision”da istifadə olunan formatı, səsvermə mexanizmini istifadə etmək planlaşdırlır.
SBS-də “Asiya Eurovision”un qalibinin əsas müsabiqənin finalına düşəcəyinə ümid edirlər. 2016-cı ildə SBS-nin “Eurovision” müsabiqəsi üçün yayımını 3,7 milyon tamaşaçı izləyib.