Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır - FOTO
Müğənni Afət Fərmanqızı növbəti dəfə sosial şəbəkədə müzakirələrə səbəb olacaq paylaşım edib.
O, Azərbaycana gələcəyi barədə məlumat yayıb.
Müğənni paylaşımın üzərinə “gəlirəm Azərbaycana 2-3 günlük. Məni axtaranlar gəlsin aeroporta”, - qeydini yazıb.
Hətta izləyicilərdən bəziləri “Bəs deyirdilər səni Azərbaycandan sürgün ediblər...” kimi şərhlər yazıb.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızının barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Afət Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.
Rəylər