ARB TV-nin “Türk şou maqazin” verilişinin növbəti qonağı Türkiyənin məşhur aktrisası Aydan Şener olub.
Oxu.Az xəbər verir ki, A.Şener mərhum rejissor Şahin Zəkizadənin ölüm xəbərinə çox üzülüdüyünü dilə gətirib.
“Yaxın günlərdə azərbaycanlı dostum, rejissor Şahin Zəkizadənin ölüm xəbərini eşitdim. Çox pis oldum. Bilirəm ki, azyaşlı övladları da var idi. Allah rəhmət eləsin. Çox gənc yaşda itirdik. Ailəsinə başsağlığı verirəm. Çox sevdiyim dostum idi”.
A.S.
www.oxu.az