Azərbaycanın qalmaqallı bəyanatları ilə tanınan müğənnisi Əli Mirəliyev şou biznes əhlindən danışıb.
Oxu.Az xəbər verir ki, “ORadio.az” Əli Mirəliyevin evində olub və Facebook-da sorğu nəticəsində tamaşaçılar tərəfindən verilən sualları 1 saat boyunca müğənniyə ünvanlayıb.
Əli Mirəliyevin hamını şoka salan cavablar verib, belə ki o bəzi sualları cavablandıraraq bunları deyib:
“Aygün Kazımova oxuyanda döş qalır bayırda, efirdə bunu göstərmirlər ki, biabırçılıqdır”.
“Səməd Səmədovun şəkli var, şalvarı cırıqdır, göstərmirəm, yazıqdı, yalvarıb mənə ki, göstərmə heç kimə”.
“Yaş 60-ı ötüb, oturmusan qap-qara, hərdən də bozarır Canəli Əkbərov kimi. Kraskanın vaxtı keçəndə bozarır, sonra gedir, tez xına yaxır başına, düzəlir”.
“Röyanı bəyənirəm, Aygün yox, Brilliant yox, Nazpəri yox, Röya yeganə”.
Oxu.Az qalmaqalı müğəninin müsahibəsin sizə təqdim edir.
www.oxu.az